"Çelsi"nin qadınlardan ibarət komandasının qapıçısı Hanna Hempton klubla müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, ingiltərəli qolkiper London təmsilçisi ilə yeni 2 illik müqaviləyə imza atıb. 2025/26 mövsümünün sonunda azad agent olmaq imkanı olan Hempton 2028-ci ilin yayına qədər komandada qalmağa qərar verib.

 

2023-cü ildə "Aston Villa"dan "Çelsi"yə keçən 25 yaşlı qapıçı bu müddət ərzində Qadınlar Super Liqasında (WSL) 50 matçda meydanda olub. Hempton London klubunun heyətində 2 dəfə çempionluq, 1 dəfə Ölkə Kuboku və 2 dəfə Liqa Kubokunu qazanıb.

 

Hempton ötən mövsüm WSL-də keçirdiyi 18 matçın 7-də qapısını toxunulmaz saxlayaraq bu göstərici üzrə liqanın ən yaxşılarından biri olub.