"Qəbələ" yeni futbolçu ilə anlaşıb. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi Bruno Silvanı heyətinə cəlb edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb.

 

28 yaşlı futbolçu son olaraq vətənində "Oliveyrense" klubunda çıxış edib. O, daha əvvəl "Vilaverdense" (Portuqaliya) və "Jenis" (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.