"Sabah" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar" Finlandiyada KuPS-ın qonağı olacaq.

 

Bu komandalar arasında masazırda keçirilən ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İsraildən olan hakimlər briqadasının idarə edəcəyi oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

 

Qeyd edək ki, "Sabah" Finlandiya klubunu keçəcəyi halda növbəti mərhələdə KuPS "Orhus" (Danimarka) – "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib "Levski" (Sofiya, Bolqarıstan) – "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.

 

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu

19:00. KuPS – Sabah 0:0 Birinci hissə)
Baş hakim: Qal Leybovitz (İsrail).
Kuopio stadionu.

İlk oyun - 0:1

 

"KuPS": 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno

Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen

Baş məşqçi: Miika Nuutinen

"Sabah": 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina,  88. Rodriqo Fernandeş, 99. Orfe Mbina

Baş məşqçi: Valdas Dambrauskas