"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

Braziliyalı oyunçu ölkəsinin "Atletiko Mineyro" klubuna keçəcək. 33 yaşlı futbolçu sabah UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin "Qornik"lə matçından sonra klubu tərk edəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən 9,7 milyon avroya transfer edib. Təcrübəli yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 126 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalacaq.