Yuventus"un və millinin keçmiş qapıçısı Canluici Buffon İtaliya yığmasının idman direktoru təyin olunub. Sport24.az xəbər verir ki, o, həm əsas, həm də gənclər yığmasına nəzarət edəcək.

 

46 yaşlı italiyalı mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komandaya yaxşı çıxış etməkdə kömək edə biləcəyinə ümid edir.

 

Qeyd edək kii, Buffon bundan əvvəl AVRO-2024-də İtaliya millisinin nümayəndə heyətinin rəhbəri olub.