Braziliyalı futbolçu Dani Alvesin məhkəmə prosesi keçirilib. Sport24.az xəbər verir ki, yanvarın 20-də cinsi istismar səbəbindən həbs edilən Alvesin sərbəst qalmaq müraciəti rədd edilib.

Gecə klublarının birində 23 yaşlı qıza cinsi istismarda günahkar bilinən Dani Alves Meksikadan Barselonaya gələrkən polis tərəfindən saxlanılıb. Yanvarın 20-də isə məhkəmə qərarı ilə həbs edilib. 

Braziliyalı futbolçu intim münasibətin tərəflərin razılığı ilə olduğunu bildirsə də, prokurorluq DNA testləri nəticəsində Alvesi günahkar sayıb. İspaniya qanunlarına əsasən, Alves 1 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Alves həbs edildikdən sonra çıxış etdiyi Meksinanın UNAM klubu müqaviləyə xitam verib.