Keçmiş braziliyalı yarımmüdafiəçi Riçarlison Barboza biseksual olduğunu etiraf edib.

Sport24.az xəbər verir ki, Riçarlison “Globo Esporte”-yə açıqlamasında bunları deyib:

“Bir çox müxtəlif şayiələr var, ona görə də, mən biseksual olduğumu etiraf etmək qərarına gəldim. Bütün həyatım boyu məndən gey olub-olmadığımı soruşublar. Həm kişilərlə, həm də qadınlarla münasibətim olub, qoy yazsınlar. Bəziləri bu xəbərə təəccüblənəcək, amma mən tamamilə normalam. Hamı kimi mənim də arzularım var. Mən həm kişi, həm də qadınla görüşmüşəm”.

Riçarlison futbolçu karyerası ərzində “San Paulo” və “Atletiko Mineyro”da çıxış edib. O, 2008-ci ildə Braziliya millisinin iki oyununda iştirak edib.