Futbol üzrə Braziliya olimpiya komandası Parisdə keçiriləcək Olimpiya oyunlarına Cənubi Amerika seçmə turnirinin qrup mərhələsinin üçüncü turunda Argentina millisinə uduzub. Sport24.az xəbər verir ki, qarşılaşma argentinalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Məğlubiyyət acısı yaşayan Braziliya qrupunda üçüncü yerdə qərarlaşıb və Olimpiya oyunlarına vəsiqə şansını itirib. Komanda üç görüşdə üç xal qazanıb. Argentina isə öz növbəsində qrupda birinci yeri tutub və 2024-cü il Olimpiya oyunlarına vəsiqəni təmin edib.

 

Qeyd edək ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.