Braziliya millisinin sabiq baş məşqçisi Luiz Felipe Skolari "Qremio"da çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Braziliya klubunun yeni texniki koordinatoru təyin edilib.
Mütəxəssis dəfələrlə baş məşqçi kimi rəhbərlik etdiyi komandaya qayıtmaq təklifini geri çevirməyib.
Braziliya millisinin keçmiş baş məşqçisinin əvvəlki iş yeri 2024-cü ilin martında tərk etdiyi "Atletiko Mineyro" idi. 76 yaşlı məşqçi 1987, 1993-1996, 2014-2015, 2021-ci ildə "Qremio"nu çalışdırıb.