Dortmund "Borussiya"ının yarımmüdafiəçisi Yulian Brandt yayda klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun idman direktoru Lars Riken "Sky Sport"a açıqlama verib.
Qeyd edək ki, Brandt 2019-cu ildən Dortmund təmsilçisinin formasını geyinir. O, Borussiya"nın heyətində bütün turnirlərdə 297 matçda meydana çıxıb, 56 qol vurub.