Manuel Noyer yenidən zədələnib. Sport24.az xəbər verir ki, bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qolkiper baldırından zədə alıb və bu səbəbdən iki həftə kollektivdən ayrı düşəcək.

 

Bu səbəbdən təcrübəli "çərçivə qoruyucusu" Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 10-da keçiriləcək "Atalanta"ya qarşı ilk görüşü buraxmalı olacaq. Noyeri qapıda Yonas Urbiq əvəzləyəcək.