Madrid "Atletiko"sunun müdafiəçisi Xose Mariya Ximenes klubun həddən artıq sıx qrafiklə oynamasını sərt tənqid edib. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı "Marca"ya açıqlama verib:

 

"İstirahət etməyin vaxtıdır. Bu, yolverilməzdir. Özümüzü riskə atırıq, sirkdəki klounlar kimiyik və bizə oyna deyəndə oynayırıq".

 

Qeyd edək ki, "Atletiko" dünən La Liqada "Real Sosyedad"ı 3-2 hesabı ilə məğlub edib. Çərşənbə axşamı isə Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə qarşılaşacaq.