"Liverpul" aparıcı yarımmüdafiəçilərindən biri ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb.
"Qırmızılar" Rayan Qrayvenberxlə altı illik yeni sözləşmə imzalayıb. Niderlandlı futbolçu 2031/32 mövsümünə qədər "Enfild"də qalacaq.
Qeyd edək ki, 23 yaşlı Qrayvenberx 2023-cü ilin yayında 40 milyon avro qarşılığında "Bavariya" "Liverpul"a keçib. Yarımmüdafiəçi cari mövsümdə 36 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.