Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.
Şamaxıda turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Hazırda aktivində 26 xal olan meydan sahibləri turnir cədvəlinin 8-ci, qonaqlar isə 21 xalla 9-cudur.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
15:00. "Şamaxı" - "İmişli"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı. Şəhər stadionu.