Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" Almaniyanın 2-ci Bundesliqasında 25-ci turun oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə "Bohum"la üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü bu görüşün iştirakçısı olub. Mahir 83-cü dəqiqədə meydana çıxıb. 

 

Qeyd edək ki, hazırda "Kayzerslautern" turnir cədvəlində 37 xalla 7-ci pillədə qərarlaşır.