"Şaxtyor"un baş məşqçisi Arda Turan Konfrans Liqasında "Kristal Pelas"a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis birinci matçda 1:3 hesablı məğlubiyyətə baxmayaraq, final üçün mübarizə aparacaqlarını deyib:

 

"İlk oyun geridə qaldı. Matça yenidən başlaya bilərik. Həmişə yaxşı oynamaq mümkün deyil, lakin sona qədər döyüşmək lazımdır. Birinci oyunda "mat" oldum. Bu dəfə vəziyyəti dəyişməyə, ən azı məğlub olmamağa çalışacağıq".

 

"Kristal Pelas" – "Şaxtyor" oyunu saat 23:00-da start götürəcək.