"Zenit"in sabiq baş məşqçisi Serget Semak Rusiya KİV-inə "Neftçi"nin rusiyalı futbolçusu Rezuan Mirzovun dublundan danışıb. Sport24.az xəbər verir ki, rusiyalı həmkarlarımız 47 yaşlı mütəxəssisdən Mirzovun qollarının onun fərdi bacarığının, yoxsa “Neftçi”nin sistemli təzyiqinin nəticəsinin olmasını soruşub: "İstənilən qol həm bu və ya digər dərəcədə oyunçunun bacarığının, həm də müdafiə xətalarının nəticəsidi. Bu hal istisna deyil. Bir tərəfdən Mirzovun yaxşı oyunu idi. Digər tərəfdən, müdafiəçilərimiz bu vəziyyətlərdə uğursuz çıxış etdilər”.
Xatırladaq ki, "ağ-qaralar" "Neftçi Arena"da yoldaşlıq görüşündə Rusiya çempionunu Mirzovun dubluyla məğlub edib - 2:1.