"Real"ın futbolçusu Cud Bellingem Çempionlar Liqasında "Arsenal"a uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, ingilis yarımmüdafiəçi 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
"Müsbət nəticəyə yaxın deyildik. "Arsenal" çox yaxşı oynadıq. Cərimə zərbəsindən iki qol vurdular və bu, onların ustalıq səviyyəsindən xəbər verir. Açığı, daha çox qol vura bilərdilər. Bəxtimiz gətirdi ki, 3 qol buraxdıq".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 16-da keçiriləcək.