"Əl-Hilal"ın hücumçusu Kərim Benzema yay transfer dövrü bitənədək Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat paylaşıb.
Mənbənin iddiasına görə, komandanın baş məşqçisi Simone İnzagi 38 yaşlı təcrübəli forvardla müqavilənin ləğv olunmasını tələb edir. Ərəb klubunun rəhbərliyi də italyan mütəxəssisin qərarını dəstəkləyir. Əsas problem isə fransalı ulduzun məvacibinin bir hissəsini Səudiyyə Pro-Liqası və dövlət strukturlarından almasıdır. Əməkdaşlığa xitam verilməsi üçün onların da rəsmi razılığı lazımdır. Futbolçu özü komandadan ayrılacağı təqdirdə, 30 iyun 2027-ci ilədək olan müqavilə üzrə bütün maaşını tələb edir.
Benzema 2025/2026 mövsümündə keçirdiyi 34 rəsmi qarşılaşmada 25 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 5 milyon avro qiymətləndirir.