Belçika millisinin qapıçısı Arnaud Bodard AVR8-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı oyunu buraxacaq. Sport24.az xəbər verir ki, 25 yaşlı qolkiper xəstəlik səbəbindən komandanın düşərgəsini tərk edib.
Bunadək Belçika millisinin əsas qapıçısı Tibo Kurtua da zədə səbəbindən milliyə çağırılmamışdı.
Xatırladaq ki, Belçika - Azərbaycan görüşü sabah saat Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.