"Bayer"in yarımmüdafiəçisi Florian Virtz zədələnib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya"ya qarşı cavab oyununu (ilk matç - 0:3) buraxacaq.

 

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə açıqlanmayıb.

 

Qeyd edək ki, almaniyalı oyunçu bu mövsüm 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun "Bayer" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.