Ukrayna millisinin sabiq qapıçısı Denis Boyko futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper hər gün komanda və nəticələr üçün meydanda bütün gücünü qoyduğunu deyib:

 

"Kimisə incitmişəmsə və ya davranışım kiminsə xoşuna gəlməyibsə, üzr istəyirəm. Bunlar sadəcə hisslərdir və mən dünyamızda hər kəs kimi səhv edə bilən bir insanam. Hər gün istisnasız olaraq komanda və nəticələr naminə meydanda bütün gücümü qoymuşam. Ona görə də, bu gün peşəkar karyeramı vicdanla başa vurmaq imkanım var!"

 

Qeyd edək ki, 37 yaşlı Boyko Kiyev "Dinamo"sunun heyətində Ukrayna, "Beşiktaş"la isə Türkiyə çempionu olub. O, həmçinin "Dnepr", "Krivbass", Kiyev ÇSKA-sı, "Obolon" və "Malaqa"da çıxış edib.