"Bayer"in zədəli futbolçusu Florian Virtsin son durumu məlum olub. Sport24.az xəbər verir ki, Bundesliqada "Verder"lə matçda (0:2) zədələnən hücumçu dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
Virts bu mövsüm 39 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə edib.