"Bayer"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında bu gün "Bavariya"ya qarşı keçirəcəkləri 1/8 finalın cavab oyunu haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matç haqda bunları deyib:
"Elə vəziyyətdəyik ki, itirəcəyimiz heç nə yoxdur. Yalnız "Bavariya" nəsə itirə bilər. Onlar turu keçəcəklərinə 100 faiz inanır. Daha əvvəl "Bohum"un fanatları da "Bavariya"nı məğlub edəcəklərinə inanmırdılar, amma nəticəni gördünüz. Futbolda gözlənilməz hadisələr baş verir və bu, təkrarlana bilər".
"Bavariya" ilk oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab görüşü bu gün saat 00:00-da start götürəcək.