"Bavariya" futbolçusu Leroy Sane ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky" nəşri məlumat yayıb.
Münhen klubu 29 yaşlı vingeri komandada saxlamaq niyyətindədir.
Tərəflər arasında danışıqlar davam edir. Saneyə 3 illik müqavilə təklif ediləcək.
Leroy bu mövsüm 37 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.