"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya çempionatının 32-ci turunun "Leyptsiq"lə mayın 3-də keçiriləcək oyununda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, ingilis forvard 31-ci turun "Maynts"la oyununda (3:0) sarı vərəqə ilə cəzalandırılıb.
Belədə, Keyn cari Bundesliqa mövsümündə beşinci xəbərdarlıq alıb ki, bu da növbəti matç üçün avtomatik diskvalifikasiya deməkdir. Münhen təmsilçisi növbəti turda qalib gələrsə, çempionluğunu rəsmiləşdirəcək.
31 yaşlı forvard peşəkar karyerasında indiyə qədər bir dəfə də olsun, komandası ilə birlikdə titul qazana bilməyib. Keyn "Bavariya"nın çempionluq uğrunda potensial matçını buraxacaq.