"Bavariya"nın futbolçusu Konrad Laymer Münhen klubunu tərk etməyəcək. Sport24.az xəbər verir ki, 28 yaşlı futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər artırıla bilər. Tərəflər arasında ilkin razılıq əldə olunub.
Avstriya millisinin üzvü "Liferinq", "Zaltsburq", "Leyptsiq" klublarında oynamış Laymer 2023-cü ildə "Bavariya"ya keçib.