"Qarabağ"ın Bakıda İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəyi oyundan əvvəl UEFA Çempionlar Liqasındakı pley-off şansı bəlli olub. Spor24.az xəbər verir ki, siyahını "Football Meets Data" tərtib edib.

Azərbaycan çempionunun 9-24-cü yerlərdən birini tuma ehtimalı 64 faizdir. "Köhlən atlar"ın "8-lik"də yer alma şansı isə bir faiz olaraq göstərilib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.