"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda "Çelsi"ni qonaq edən ağdamlılar 0:5 hesabı ilə uduzub.
Oyun "Azərsun Arena"da keçirilib.
Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) uduzub.