Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Lider "Şəfa" səfərdə "Mingəçevir" üzərində çətin qqələbə qazanıb. İkinci yerdə gedən "Səbail" MOİK-i 1 qolla üstələyib. "Baku Sportinq" isə "Cəbrayıl"dan güclü olub.
Tura sabah keçiriləcək iki görüşlə yükun vurulacaq.
I Liqa, VII tur
5 noyabr
"Mingəçevir" - "Şəfa" 2:3
Qollar: S.Məmmədov, 32, K.Kalunqa, 80 - P.Azadov, 35, T.Quliyev, 45+2 (pen), A.Ebrahimzade, 90+1
"Baku Sportinq" - "Cəbrayıl" 2:0
Qollar: C.Muxtarlı, 37, E.Valiiev, 61
"Səbail" - MOİK 1:0
Qol: T.Əlizadə, 31