"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Bank Respublika Arena"da "Nant"ı qəbul edib.

 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Masazır təmsilçisinin qolunu 88-ci dəqiqədə Anar Həsənov vurub.

 

Qeyd edək ki, Fransada keçirilən ilk görüşdə "Nant" 5:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə rəqibinə uduzan "Sabah" turnirdə mübarizəni dayandırıb.