“Barselona”nın prezidenti Xuan Laporta başa çatan mövsüm haqqında danışıb.

Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, mövsümü məyus başa vurduğunu deyib:

“Mövsümü əsəbi və məyus şəkildə başa vururam. Çünki zədəli futbolçular olmasına baxmayaraq, “Barselona” evdə “Kadis”, “Rayo Valyekano” və “Vilyarreal”a məğlub ola bilməz! Komandanın oyunlara münasibətinə görə məyus oldum. Bu xaraktersizlik səbəbindən baş məşqçimiz Xavi qədər və ya daha çox əziyyət çəkdim. “Barselona”nın evdə “Kadis”, “Rayo Valyekano” və “Vilyarreal” kimi klublara uduzmasına imkan verilməməlidir. Bu, bir prezident kimi mənim üçün böyük utancdır”.

Kataloniya komandası son mövsümdə 73 xal toplayaraq La Liqanı ikinci pillədə başa vurub.