"Barselona" futbolçusu Mark Bernalla yeni müqavilə imzalayıb. Sport24.az klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.

 

Sözləşməni daha 3 il uzatmaq imkanı var. Ona 500 milyon avro təzminat qiyməti qoyulub.

 

Qeyd edək ki, "Rayo Valyekano" ilə çempionat görüşünü yarımçıq tərk etmək məxburiyyətində qalan futbolçuya ön çarpaz bağın və xarici meniskinin zədələnməsi diaqnozu qoyulub. Əməliyyat olunan 17 yaşlı oyunçunun bir ildən sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.