"Barselona" "Leyptsiq"in yarımmüdafiəçisi Dani Olmonun transferi üçün yeni təklif hazırlayır. Sport24.az xəbər verir ki, Kataloniya klubu yetirməsini geri qaytarmaq üçün Almaniya klubuna təzminat ödəməlidi.
Almaniya mətbuatı yarımmüdafiəçi üçün "Leyptsiq"in qarşı tərəfdən 60 milyon avro tələb etdiyini qeyd edib.
Qeyd edək ki, Olma İspaniya yığmasının heyətində Almaniya keçirilən qitə çempionatında qızıl medal qazanıb.