"Barselona"ya evdə 0-5 hesabı ilə məğlub olduqdan sonra "Valensiya" azarkeşləri komandanın rəhbərliyinə və oyunçularına qarşı etiraz aksiyası keçiriblər. Sport24.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb. 

 

"Mestalya" stadionunun qarşısında bir neçə min azarkeş toplaşaraq oyunçuları "muzdlu əsgərlər" adlandırıb. Onlar həmçinin klub prezidenti Kiat Lim və komandanın sahibi Peter Limi istefaya səsləyiblər.

 

İspaniya mediasınin yaydığı məlumata əsasən, Kiat Lim 2025-ci ildən "Valensiya"nın prezidenti olsa da, məhz "Barselona" ilə matçda ilk dəfə komandanın oyununu stadiondan izləyib.

 

Qeyd edək ki, bu, "Valensiya"nın ardıcıl üçüncü məğlubiyyətidir. Komanda dörd oyunda cəmi bir qol vurub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.