"Fiorentina" Paolo Vanolinin komandanın baş məşqçisi postuna qayıtması ilə bağlı şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
54 yaşlı Vanoli 2025-ci ilin noyabrından 2026-cı ilin iyun ayına qədər "Fiorentina"nı çalışdırıb. Onun rəhbərliyi altında komanda 38 matçda 14 qələbə, 11 heç-heçə və 13 məğlubiyyət qeydə alıb.
Vanoli həmçinin "Torino", "Venesiya" və "Spartak" kimi komandalarının baş məşqçisi vəzifəsində çalışıb.
Xal üzünə həsrət qalan "Fiorentina" 3 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, İtaliya klubu ötən gün baş məşqçi Fabio Qrossonu istefaya yollayıb.