Hakim Zyieş sentyabrın 8-də "Botafoqo" ilə yeni müqavilə imzalamaq üçün Braziliyaya uçacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, bütün səsnədləşmə məsələləri artıq başa çatıb. 33 yaşlı mərakeşli futbolçu Braziliya klubu ilə azad agent kimi müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Mərakeş millisində 64 oyunda 25 qol vuran yarımmüdafiəçi karyerası ərzində "Qalatasaray", "Çelsi", "Ayaks", "Tvente" və "Herenven" kimi komandaların formasını geyinib. Onun son klubu isə Mərakeş təmsilçisi "Vidad" olub. O, son mövsümdə meydana çıxdığı 16 oyunda 9 qol vurub.