"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun icarə müddətini uzatmaq istəyir. Sport24.az "talkSPORT"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu artıq Kataloniya klubuna "Barselona"da qalmaq istədiyini bildirib.
Mənbənin sözlərinə görə, "Barselona" və "Mançester Yunayted" hazırda hücumçunun gələcəyi ilə bağlı danışıqlar aparırlar. Katalonlar icarə müddətini uzatmaq istəyir, lakin "Yunayted" əvvəlcə razılaşdırıldığı kimi, daimi transferdə israr edir.
"Mançester Yunayted" inanır ki, "Barselona" yayda Reşford üçün 30 milyon avro ödəməlidir. Katalonlar razılığa gəlinməsə, başqa variantları araşdırırlar.
Qeyd edək ki, Reşford cari mövsümdə La Liqada 23 oyunda dörd qol vurub və 6 məhsuldar ötürmə edib.