"Mançester Yunayted" və "Real" "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynşı transfer etmek istəyirlər. Sport24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" "Nyukasl"ın kapitanı ilə bağlı artıq  danışıqlara başlayıb. Təxminən 80 milyon avro dəyərində qiymətləndirilən bu transferin yayda rəsmiləşməsi gözlənilir. Lakin "Real"ın da 28 yaşlı futbolçuya maraq göstərməsi yayda əsl transfer savaşına səbəb ola bilər.

Qeyd edək ki, Bruno Gimaraynş bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.