İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatında televiziya eksperti kimi çıxış edəcək. Sport24.az xəbər verir ki, Zlatan DÇ-2026-nın oyunlarını işıqlandırmaq üçün "Fox Sports" ilə əməkdaşlıq etməyə razılıq verib. İbrahimoviç "Fox Sports"da ekspert-analitik kimi çıxış edəcək.

 

"Fox Sports" mundialın 104 oyununu canlı yayımlayacaq ki, bunlardan 40-ı eksklüziv olacaq.

 

İbrahimoviç futbolçu kimi İsveç yığmasında son oyununu 2023-cü ildə keçirib. O, milli komandanın heyətində meydana çıxdığı 136 oyunda 62 qol vurub. Ulduz hücumçu İsveçlə iki dünya çempionatı (2002 və 2006) və dörd Avropa Çempionatında (2004, 2008, 2012 və 2016) iştirak edib.

 

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Bu, iştirakçı sayının 32-dən 48-ə qədər artırılmasından sonra ilk turnir olacaq.