"Barselona" nümayəndələri "Espanyol"un qapıçısı Joan Qarsiyanın transferi ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Barselona" qolkiperə 5 illik müqavilə və "Espanyol"da aldığından daha yüksək maaş təklif etməyə hazırdır.
Bu arada Qarsiya özü də daha əvvəl yaxşı təklif alacağı təqdirdə klubdan getməyə hazır olduğunu bildirib. Qapıçı ilə "Mançester Siti" və "Nyukasl" da maraqlanır.
Qeyd edək ki, Qarsiya 2024/25 mövsümündə La Liqada 38 matçda 51 qol buraxıb. 8 matçda isə qapısının toxunulmazlığını təmin edib.