"Barselona"nın yarımmüdafiəçisi Pedri zədəsi ilə bağlı əlavə tibbi müayinələrdən keçib. Sport24.az "AS" nəşrinə istinnadən xəbər verir ki, onun sol ayağında biseps bud sümüyünün yırtığı gözləniləndən daha ağır olub, sağalması ən azı altı həftə çəkəcək.

 

Beləliklə, 22 yaşlı ispaniyalı "Elçe", "Brügge", "Selta", "Atletik", "Çelsi", "Alaves", "Atletiko" və "Betis"lə oyunları buraxacaq. Ümumilikdə yarımmüdafiəçi 8 oyunda komandasına kömək edə bilməyəcək. O, həmçinin İspaniya millisinin Gürcüstan və Türkiyə ilə oyunlarında da meydana çıxmayacaq. 

 

Qeyd edək ki, Pedrinin dekabrın 9-da Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq Franskfurt "Ayntraxt"ı ilə görüşə hazır olacağı bildirilir.