FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq. Sport24.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
 
     
                         
                 
                 
                 
                 
                