Qazaxıstan 2028 və 2029-cu illərdə UEFA Konfransı Liqasının finalına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Sport24.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Qazaxıstan final görüşünü Almatı və ya Astanadakı stadionda keçirməyi planlaşdırır (dəqiq yer daha sonra müəyyən ediləcək). Qazaxıstanın rəqibləri arasında Fransa (Lill stadionu), Macarıstan (Budapeşt stadionu), İtaliya (Turin stadionu), Polşa (Qdansk stadionu) və Finlandiya (yalnız 2029-cu il finalı üçün Helsinki stadionu) var.
Qitə futbol qurumu Konfransı Liqasının finalı üçün son namizədləri 2026-cı ilin iyun ayında təsdiqləyəcək. Ev sahibi ölkə UEFA İcraiyyə Komitəsinin 2026-cı ilin sentyabr ayında keçiriləcək toplantısında təsdiqlənəcək.
 
     
                         
                 
                 
                 
                 
                