Almaniyanın "Bavariya" klubu Niderland təmsilçisi "Feyenoord"da çıxış edən futbolçu Rid Civayronu transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, münhenlilər 19 yaşlı müdafiəçinin keçidi üçün danışıqlara da başlayıb.

 

İngiltərə komandaları da oyunçu ilə maraqlanır.

 

Qeyd edək ki, Rid Civayro cari mövsüm 12 matçda meydanda olub, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.