"Yuventus"un yeni baş məşqçisi Luçano Spalletti Turin klubuna təyin olunduqdan sonra ilk açıqlamasını verib. Sport24.az xəbər verir ki, o, ilk təəssüratlarını klub saytına  bölüşüb:

"Yuventus"a təyin olunduqdan sonra ilk təəssüratlarım möhtəşəmdir. Hamımız bu klubun tarixini və necə təşkil olunduğunu bilirik, onun bir hissəsi olmaq fantastikdir. Bu komandanı zirvəyə qaytarmaq istəyirik. İqor Tudora böyük hörmətim var. Onu tanıyıram və necə işlədiyini bilirəm.

Əminəm ki, bu komandanın potensialı var, əks halda burada olmazdım. İnanıram ki, yaxşı iş görə bilərəm.

Qalib gəlmək üçün qol vurmaq lazımdır. Hücum futbolu vacib keyfiyyətdir, amma ən vacib şey komanda olmaq, meydanda nəyin edilməli olduğunu başa düşən bir kollektivə sahib olmaqdır".