"Barselona" "Komo"nu çalışdıran Sesk Fabreqası gələcəkdə komandanın baş məşqçi postuna gətirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya klubu komandanın çalışdırıcısı Hansi Flikdən sonra "sükanı" Fabreqasa tapşırmaq niyyətindədir.
İspaniyalı mütəxəssis futbolçu kimi 2011-2014-cü illərdə "Barselona"da çıxış edib.
Fabreqas 2024-cü ildən "Komo"ya rəhbərlik edir. Komanda onun başçılığı altında A Seriyasını dördüncü sırada bitirib və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.