İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya ilə vidalaşa bilər. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı vingeri yayda satmağa hazırdır.
Səudiyyə Ərəbistanı klubları 28 yaşlı oyunçu ilə maraqlanır. Rafinya DÇ-2026-dan sonra komandadan ayrılmağı düşünsə, "Barselona" buna mane olmayacaq.
Qeyd edək ki, Rafinya 2022-ci ildən İspaniya nəhəngində çıxış edir.