Hindistanın Madhya-Pradeş ştatından olan üç yaşlı Sarvaqya Sinqx Kuşvaxa Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü kimi qeydə alınıb. Sport24.az xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlükdə rəsmi FIDE üzvlüyünə qəbul edilib.

 

Bununla da Sarvaqya həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. Sarkar 3 yaş 8 ay 19 günlükdə FIDE üzvü olub.

 

Qeyd edək ki, Kuşvaxa ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurlu çıxışları ilə də fərqlənib və hazırda reytinqdə 1572‑cidir.