Misli Premyer Liqasının XIV turunda doqquz nəfər cəzalıdır. Sport24.az xəbər verir ki, onlardan yeddisi futbolçus, ikisi isə baş məşqçidir.

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov və "Sumqayıt"ın çalışdırıcısı Saşa İliç cari turda texniki zonada əyləşə bilməyəcəklər.

"Karvan-Yevlax"ın oyunçularından Vadim Abdullayev, Eltun Turabov, "Kəpəz"dən Onanuna Olavale, "Zirə"dən İron Qomis, "Araz-Naxçıvan"dan Ba-Muaka Simakala, "Sumqayıt"dan Ronaldo Vaskez, "Qəbələ"dən isə Murad Musayev meydana çıxmayacaq.

Qeyd edək ki, XIV tura dekabrın 6-da start veriləcək.